@adigozelov Profile Picture Zahid Adıgözəlov Biznes Mentor, Təlimçi
Təlim və Kurslar

ZAHİD ADIGÖZƏLOV KİMDİR?

“ADIGÖZƏL & TİAK”-ın təsisçisidir. Fərqlilikləri birləşdirən, CEO, COO, CSO, PROJEKT MENECER-dir. Təbiətcə enerjili, Marketoloq və Analitik zehnə malikdir. BİZNES DEVELOPER, BANKİR təcrübələrinə sahibdir. Sənətcə: BİZNES QUURU, MENTOR, KOUÇ, ALOVYANDIRAN. İxtisası isə hüquqşünasdır. Ailədə yaxşı dost və yaxşı atadır. 

“ADIGÖZƏL & TİAK” (TƏLİMÇI İŞ ADAMLARI KOMMUNASI)

XÜSUSİ OLARAQ SAHİBKARLAR, İŞ QURUCULARI ÜÇÜN TƏSİS EDİLMİŞDİR.

Kommunanın əsas xüsusiyyəti yalnız praktik sahibkarlıq təcrübəsi olan Mentorların iştirakı ilə və Azərbaycan reallığında sınaqlardan keçmiş beynəlxalq mexanizmlərdən istifadə ilə keçid dövründə olan Sahibkarlara yardım etməkdir. “Metamorfoz” və digər kursları keçməklə sizin əldə edəcəyiniz unikal bilgilər əsasında dünyaya baxışınız daha əvvəlki kimi olmayacaqdır. İşiniz, Ətrafınız və Şəxsi həyatınız belə dəyişikliyə uğruyacaqdır. Kommuna bilgiləri mənimsəyən sahibkarların özlərinin təlim keçməsinə, sahibkarlarla bilgi mübadiləsinin aparılmasına şərait yaradır. Kommuna yalnız praktik sahibkarları öz ətrafında birləşdirməklə inkişaf üçün unikal mühit yaradır. Qeyd edək ki, kurslarda istifadə edilən metodikalar İçxak Adizes, Robert Keosaki, Stivin Kovi, Del Korneqi Metodologiyalarının yerli sınağından keçirilmiş modelləridir.

SİMURQ QUŞU SİMVOLUMUZDUR.
Çünki sahibkar olmaq vəzifə deyil. Sahibkar olmaq cahanın inkişafına tövhə vermək, yaratmaq həvəsidir. Bu o alovdur ki, səni yadırır, amma sönməyə qoymur. Sahibkar olmaq dəfələrlə kül olmağa rəğmən, öz külündən doğulmaqdır. Yanmaq, Yaşamaq, Yaratmaqdır. Sahibkar olmaq SİMURQ quşu olmaqdır.

XİDMƏTLƏRİMİZ:
Xidmətlərimiz sizin şirkətinizin inkişafını sürətləndirəcəkdir: Metamorfoz, X10, Şan, Mentor+, İntensiv xidmətlərindən yararlanaraq kursa qoşula bilərsiz. 

MƏMNUN MÜŞTƏRİLƏRİMİZ:

AzEstetik Group (Kosmetik, Stomoloji avadanlıq satışı), KidSport (Uşaq inkişaf və əyləncə avadanlıqlarının satışı), TEK Group (Qeyri-adi dadlı Delikoteslərin satışı), KartPak (Kağız-Kardon qablaşma istehsalı), Qlobus Travel (Turizim xidmətləri), GrenLife (iç və çöl məkan üçün bitki satışı və xidmətləri), DemoMebel (Üst siqment mebellərin satışı), Rock&Roll (Suşi yeməklərinin satışı) və s.

Kanalda ən son video
Notification